Accessibility links

ABŞ-ın Qahirədəki səfirliyi nümayişçilərin basqısına məruz qalıb. Nümayişçilər səfirliyin divarını aşaraq Amerika bayrağını çırıblar. Qəzəbli misirlilər Məhəmməd Peyğəmbər barədə filmə etirazlarını bildirib.

Əksəriyyəti ifrat mühafizəkarlardan ibarət 2000-ə yaxın adamın bəzisi Amerika bayrağının yerinə “La İlahə İlləllah, Məhəmmədən rəsulullah” sözləri yazılmış qara bayraq asmağa cəhd edib.

Onların hansı filmə etiraz etdikləri bəlli deyil. Bəzi mətbuat orqanlarının məlumatına görə, film Misirin Koptik xristianları tərəfindən maliyyələşdirilib.
XS
SM
MD
LG