Accessibility links

Misirin təhlükəsizlik qüvvələri Qahirədə 1000-ə yaxın nümayişçinin gizləndiyi Əl-Fəth məscidinə hücuma keçib. Hadisə yerində çəkilən videolar atışmalardan sonra məscid ətraflarının təmizləndiyini nümayiş etdirib.

Qahirənin digər bölgəsində Mursi tərəfdarları yenidən küçələrə çıxıb.Etirazçılar hökumət və ordu əleyhinə şüarlar səsləndirib.

Dünən qarşıdurmalar zamanı 100-dən artıq insan öldürülüb.Ölənlər arasında polis işçiləri də var.

Cümə günü Məhəmməd Mursinin tərəfdarları yenidən Qahirə və digər şəhərlərin küçələrinə çıxaraq, devrilmiş prezidentin vəzifəsinə bərpa edilməsini tələb edib.

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Etirazlar cümə namazından sonra baş qaldırıb.

Amerikanın Səsinin Qahirədəki müxbirinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri əsas yolları bağlayıb, şəhərə əlavə tanklar və zirehli maşınlar yerləşdirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1000-ə yaxın nümayişçi nəzarət altına alınıb.

Qarşıdurmalara İskəndəriyyə,Fayum,Suez, İsmailiyə, Tanta və Əl-Ariş şəhərlərində də yol verilib.

Amnesty International qarşıdurmalarla bağlı müstəqil araşdırma aparılmasına çağırır.
XS
SM
MD
LG