Accessibility links

Misir hökumətinin siyasəti ölkədə terror hədələrini artıra bilər [Təhlil]


Keçən il Misirdə prezident Məhəmməd Morsinin hakimiyyətdən devrilməsindən sonra cihadçi Ənsar Beyt Əl-Maqdis ölkədə təhlükəsizlik narahatlıqlarına səbəb olub. Ancaq bəziləri inanır ki, cənab Morsinin Müsəlman Qardaşlarının Sinay yarımadasındaki yaraqlıların əlaqələndirməklə Misir hökuməti onların terrorçularla əməkdaşlığa ruhlandırır.

Misir hökuməti terrora qarşı müharibə elan edib və sözünü bütün mənalarında, terrorçular qapıdadır.

Ənsar Beyt Əl-Maqdir və ya Qüds tərəfdarları Misirin qanunsuzluqların hökm sürdüyü Sinay yarımadasında fəaliyyət göstərən cihaçı qruplardan biridir. Əl-Qaidədən ilhamlanaraq onlar İsrailə raket atırlar. Ancaq onların daimi hədəfləri daxilidir.

Süveyş kanalında hücum zamanı onlarım müfəssəl silahlardan istifadə etməsi narahatlıqlara səbəb olub. Eləcə də oxşar hadisə Misirin mərkəzinə hücum zamanı baş verib. Son aylar paytaxtda hücumlar səngimir.

Bu hücumlarına hamısına Ənsar Beyt Əl-Maqdis başcılıq edib. Zaman-zaman qrup bəzi hücumların məsuliyyətini öz üzərinə götürsə də, Misir hökuməti həmin hücumlara görə Müsəlman Qardaşlarını ittiham edir.

Mansur hücumunun məsuliyyətini Əl-Maqdis öz üzərinə götürsə də, bu hücumdan sonar hökumət Müsəlman Qardaşlarını terrorçu təşkilat elan edib.

Bəziləri hakimiyyətdən devrilmiş Məhəmməd Morsinin prezidentliyi dövrü atdığı addımları vurğulayır. Təhlükəsizlik analitiki Sameh Seyf Əl Yazal deyir ki, Morsinin həbsdə olan terrorçuları əfv etməsi və başqalarının ölkəyə daxil olmasına icazə verməsi pislənir.

Ancaq hazır ki hökumətin etiraz edən tələbələri, jurnalistləri və başqalarını terrorla bağlı ittihamlarla həbs etməsi palçıqlı suyu daha da bulandırır. Siyasi fəal Vael Xəlil deyir ki, hökumətin hazır ki yolu terrorçuların sayının daha da artmasını şərait yaradır.

Gündən günə xarici döyüşçülərin Sinay yarımadasına daha çox gəlməsi ilə, daha əvvəl Suriyada olduğu kimi, Misir hökumətini mümkün qədər çox insanın onun tərəfində qalmasına ehtiyac olduğunu anlamasına kömək edə bilər.
XS
SM
MD
LG