Accessibility links

Misir məhkəməsi Fələstinin Həmas qrupunu terrorçu təşkilat elan edərək, qrupun mülki vətəndaşlar və Sinay yarımadasında Misir təhlükəsizlik qüvvələrinə hücum etdiyini bildirib.

Məhkəmənin bu qərarı hazırda fəaliyyəti qadağan olmuş Müsəlman Qardaşları təşkilatı və 2013-cü ildə hakimiyyətdən salınmış keçmiş prezident Məhəmməd Mursi hökuməti ilə yaxın münasibətləri olmuş Həmas qrupunun Misirin hazırkı hökumətindən daha da uzaqlaşdırılması kimi qiymətləndirilir.

Misir məhkəməsi Həmas qrupu və Müsəlman Qardaşları təşkilatının təhlükəsizlik qüvvələrinə qarşı hücumların həyata keçirilməsində əlbir olduğunu təsdiq edən sənədlərə malik olduğunu bildirib.

Bundan əvvəl Misir məhkəməsi Həmas qrupunun hərbi qanadı olan İzzedine Əl-Qəssam briqadası haqda qərar çıxarmışdı. Qahirə məhkəməsi yanvar ayında hərbi qurumu fəaliyyətini ləğv etmişdi.

Həmas Misir məhkəməsinin qərarına cavab olaraq onu təhlükəli adlandırıb və qərarın Fələstin xalqını hədəf aldığını bildirib.

XS
SM
MD
LG