Accessibility links

Misirdə hərbi hökumətə dəstək artır


Qahirənin bahalı şokolad mağazasında Misirin gələcək prezidenti, general Əbdel Fəttah Əl-Sissinin simasını əks etdirən şokolad satılır. Dükan sahibi Şərif hərbi liderin 1970-ci ildə vəfat edən milli qəhrəman Qamal Əbdel Naser səviyyəsinə yüksələcəyini düşünür. “Bu, prezident Nasir, bu kiçik adam isə Sissidir.”

Bir zamanlar Misirin turizm sənayesində çalışan Bartav deyir ki, misirlilər siyasi sabitsizlik və iqtisadi çevrilişdən yorulub. O, general Sissinin siyasi və sosial böhranı aradan qaldıracağına ümid bəsləyir.

Misirin müvəqqəti hökuməti iyul ayında demokratik yolla seçilmiş Məhəmməd Mursinin devrilməsindən sonra hakimiyyətə gəlib. O vaxt qarşıdurmalarda 1000 nəfər həlak olub, 2000-dən artıq insan həbsə salınıb.

Heba Morayef Human Rights Watch-un Misir ofisinin direktorudur. "Ordunun nəzarəti əlinə almasından bəri hər şey ordunun əlindədir.”

“Seçiminizi edin” qrupunun liderləri 40 milyon imza toplamaqla Sissinin prezidentliyini dəstəkləyir. Onlar avqust ayında hərbi əməliyyatları və nümayişçilərin çadırlarının yığışdırılmasını dəstəkləyib.

Qrupun sözçüsü Abd el Nəbi Əbd Səttar:“Bunlar dinc oturaq nümayiş deyildi. Bu, silahlı etiraz idi. Müsəlman Qardaşları oraya əlacə cəsədlər gətirir, Qərb və beynəlxalq mediaya ölənlərin sayı-hesabı olmadığını göstərmək istəyirdi.”

Məhkəmə qərarı ilə fəaliyyətii qadağan edilsə də, Müsəlman Qardaşları etirazlarını davam etdirir.

Bu yaxınlarda Qahirənin ətraflarında onların bir neçə min tərəfdarı toplaşıb, prezidentlərin devrilməsi, insanların öldürülməsinə qəzəblərini bildirib.

Heba Morayef:“Siyasi islamı ölkəyə təhlükə hesab edənlər Müsəlman Qardaşlarının tamamilə kənarlaşdırılmasını istəyir. Terrorizm kəlməsini tez-tez işlətməklə,qardaşları terrorst kimi qələmə verməyə çalışır və bu kəlmə ilə qardaşların kənarlaşdırılmasına bərəat qazandırırlar. Bu isə olduqca təhlükəlidir.”

General Sissi isə prezidentlik iddiasında olmadığını deyir. Lakin onun yardımçıları xalqın tələbi ilə onun prezidentlik yarışlarına qoşula biləcəyini bildirir.
XS
SM
MD
LG