Accessibility links

Qüds şəhəri yaxınlığına Qəzzadan raket atılıb


İsrailin Qüds şəhəri yaxınlığına Qəzzadan raket atılıb. İsrail hadisə zamanı yaralanan və ya ölən olmadığını bəyan edib. Hücumun məsuliyyətini Həmas üzərinə götürüb.

Misirin Qəzzaya səfər edən baş naziri Heşəm Kandil İsrailin təcavüzünə son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə və İsraillə Fələstin arasında atəşkəs əldə edilməsinə yardım göstərəcəyinə vəd verib.

İsrailin baş nazirin Qəzzaya səfəri üçün elan etdiyi qısamüddətli atəşkəsə isə riayət edilməyib. Israil ordusunun bildirdiyinə görə, Həmas yaraqlılarının İsrail ərazisinə 50-dən artıq raket atmasına baxmayaraq, iki saat ərzində İsrail hücumlara cavab verməyib.

Həmas isə İsrailin bomba hücumu nəticəsində iki fələstinlinin öldürüldüyünü bildirir. Tərəflər arasında atəş mübadiləsi son günlər 20 fələstinli, 3 israillinin həlak olmasına səbəb olub.

Eyni zamanda Fələstin rəsmiləri BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, İsrailin hava hücumlarına mane olmağa çağırıb.

Təhlükəsizlik Şurasının artmaqda olan zorakılıqlarla bağlı növbədənkənar sessiyasından bir gün sonra BMT-nin Fələstin üzrə müşahidəçisi Riyad Mənsur mülki fələstinlilərin İsrailin qəddar hücumlarından müdafiə edilməsinə səsləyib.

Dünən İsrail təyyarələri Fələstin ərazilərini bombardman edib. Nəticədə 2 nəfər həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG