Accessibility links

Misir: Hərbi şuraya son imkan verildi


Misir: Hərbi şuraya son imkan verildi

Misir: Hərbi şuraya son imkan verildi

Misir hökumətinin yeni güzəştlərinə baxmayaraq minlərlə nümayişçi paytaxt Qahirənin Təhrir Meydanına toplaşaraq hakim hərbi şuranın istefasına çağırıb.

Nümayişçilər plakatlar qaldıraraq “Azadlıq, Azadlıq” şüarları səsləndiriblər. Nümayişdən bir neçə saat əvvəl isə hərbi şura yeni baş nazir kimi Kamal Qanzurini seçdiyini açıqlamışdı. O, daha əvvəl bu postu fevral ayında xalq hərəkatı nəticəsindən hakimiyyətdən devrilən Hüsnü Mübarəkin dövründə tutmuşdu.

Dövlət televiziyası “Al Ahram” bildirib ki, cənab Qanzuri Silahlı Qüvvələr Ali Şurasının başçısı feld-marşal Hüseyn Tantavi ilə görüşündən sonra milli qurtuluş hökumətinə rəhbərlik etməyə razılıq verib.

Belə görünür, bu addım nümayişlərin sentimentinə çox az təsir edə bilib. Bəzi nümayişçilər “Milyon nəfərlik nümayişlər”ə çağırıb və hərbi şuraya istefa üçün son imkan verdiklərini bildirib. Fransa xəbər agentliyinin məlumatına görə, Təhrir meydanında cümə namazına rəhbərlik edən imam nümayişçiləri tələbləri yerinə yetirilənədək meydanda qalmağa çağırıb.

Son bir həftə ərzində etiraz aksiyaları ilə əlaqəli 41 nəfər öldürülüb. Reuters xəbər agentliyi bildirir ki, bu gün Avropa Birliyi zorakılıqları tənqid edərək ölkədə hakimiyyətin mülki hökumətə verilməsinə səsləyib.

XS
SM
MD
LG