Accessibility links

Misirdə daha bir hücum


Misirin Sinay yarımadasındakı polis idarəsi yaxınlığında kamikadze hücumu nəticəsində 1 mülki vətəndaş həlak olub, 24 nəfər polis işçisi yaralanıb.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, partlayıcı ilə dolu maşının dayanmaq göstərişinə əməl etməyən sürücüsünə atəş açılıb. Partlayışa da məhz polisin atəşi səbəb olub.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Sinayda son zamanlar həyata keçirilən hücumlara görə islamçı yaraqlılar günahlandırılır. Hücumlar hazırki prezident Əbdel Fəttah Əl-Sissinin 2013-cü ildə Məhəmməd Morsini devirməsindən sonra vüsət alıb.

Polis və əsgərlər hücumların hədəfinə çevrilib.

Bazar ertəsi bomba hücumu nəticəsində 3 əsgər həlak olub.

XS
SM
MD
LG