Accessibility links

Hüsnü Mübarəkin məhkəməsi aprelin 13-ə təyin edilib


Misirin hakimiyyətdən salınmış keçmiş prezidenti Hüsnü Mübarək, onun iki oğlu və müşavirləri yenidən məhkəməsi qarşısına gələn ay çıxarılacaq. Bunu elan edən Misir məhkəməsi nümayişçilərin qətlə yetirilməsi ilə bağlı dinləmələrin ölkədə aprel ayına təyin olunmuş parlament seçkilərindən doqquz gün öncə keçirilməsi haqda qərar çıxarıb.

Mübarək Yaxın Şərq və Şimali Afrikada xalq üsyanlarından sonra nümayişçilərə atəş açmaq əmri verdiyinə görə ömürlük həbs cəzasına məhkum olub, Qahirə məhkəməsi yanvar ayında onun məhkəməsinin yenidən keçirilməsinə razılıq verib.

Yeni məhkəmə prosesi Misirdə siyasi və iqtisadi cəhətdən vəziyyətin gərgin olduğu bir vaxt keçiriləcək. Hüsnü Mübarəkin hakimiyyətdən salındığı iki il ərzində Misir küçə nümayişlərinə səhnə olub.

Misirin yeni islamçı prezidenti Məhəmməd Mursi Mübarək tərəfdarlarını iğtişaşlar yaratmaqda ittiham edir.

Hüsnü Mübarəkin vəkillərindən biri olan Məhəmməd Abdel Razek məhkəmə prosesi üçün müəyyən edilmiş tarixin siyasi motiv daşıdığını və qərarın 84 yaşlı keçmiş liderin həbsxanada saxlanmağa davam etdirilməsi məqsədi ilə çıxarıldığını deyib.

Misiri 30 il idarə etmiş Hüsnü Mübarək iki yaxındır həbsxanada saxlanır. O hazırda səhhəti ilə əlaqədar Qahirədə hərbi xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG