Accessibility links

Misirdə Müsəlman Qardaşlarının həbsləri genişləndirilib


Yüksək rütbəli ABŞ diplomatı Misirdə hərbiçilərin dəstəklədiyi hökumətin Müsəlman Qardaşlarına qarşı həbsləri genişləndirməsinə dair narahatlığını bildirib.

Hökumət Müsəlman Qardaşlarını terrorçu təşkilat elan etdikdən və bu partiyanı dəstəkləyənlərə qarşı sərt məhdudiyyətlər tətbiq etdikdən sonra polis partiyanın onlarla üzvünü həbs edib.

Müvəqqəti hökumət İslamçı qrupu bir sıra zorakılıqlarda təqsirləndirir. Bu zorakılıqlara Nil deltasındakı Mənsurə şəhərində polis qərərgahı yaxınlığında avtomobil partlayışı daxildir. Partlayış nəticəsində 15 nəfər həlak olub.

ABŞ dövlət katibi Con Kerri hücumu, habelə paytaxt Qahirədə beş nəfərin yaralanması ilə nəticələnən avtobus partlayışını pisləyib.

Daxili işlər naziri hücumun gələn ay yeni konstitusiyaya dair referendumdan əvvəl seçiciləri qorxuzmaq məqsədi daşıdığını deyib.
XS
SM
MD
LG