Accessibility links

Misirdə islamçılar etiraz edir


Minlərlə islamçı Qahirənin Təhrir meydanına toplaşaraq Misirdə hakim hərbi şuranın hakimiyyəti əldə cəmləşdirmək səylərinə etiraz ediblər. Onlar ötən həftə başa çatan final seçki raundunun nəticələrinin dərhal açıqlanmasını tələb edirlər.

Misirin seçki komissiyası saxtakarlıq ittihamlarının araşdırıldığını əsas gətirərək nəticələrin açıqlanmasını təxirə salıb.

Müsəlman Qardaşları Məhəmməd Morsi qalib elan olunmadığı təqdirdə xalqla hərbi idarəçilər arasında toqquşma olacağını bəyan ediblər.

Həm Morsi, həm də sabiq baş nazir Əhməd Şafiq seçkilərdə qələbə çaldıqlarını iddia edirlər. Hər iki namizədin tərəfdarları qarşı tərəfi zorakılıqlarla hədələyirlər.

Misirin rəsmi MENA xəbər agentliyi səsvermə nəticələrinin şənbə yaxud bazar günü açıqlana biləcəyini xəbər verir.
XS
SM
MD
LG