Accessibility links

İsrail və Fələstin nümayəndələri Misir danışıqlarının yeni raunduna start veriblər. Tərəflər arasında atəşkəs bazar ertəsi gecə saatlarında başa çatıb.

Nümayəndələrin Həmasla İsrail qüvvələr arasında bir aydan çox vaxt davam edən döyüşlərə son qoymaq istiqamətində razılıq əldə etməyə yaxın olub-olmadıqları məlum deyil.

İsrail baş naziri Benyamin Netanyahu kabinet nazirlərinə bildirib ki, hər bir razılıq İsrailin təhlükəsizliyini təmin etməli, Həmasın İsrailə raket hücumlarına son qoymalıdır. O, hücumlar dayanmadığı təqdirdə Həmasa amansız cavab veriləcəyini bəyan edib.

Fələstinli qanunverici Mustafa Barquti İsraildən Qəzzanın səkkiz illik blokadasına qon qoymağı tələb edib.

Hazırkı atəşkəs Həmasla İsrail arasında üçüncü atəşkəsdir.

Bir aydan artıqdır davam edən qarşıdurmalar nəticəsində əksəriyyəti fələstinli mülki vətəndaşlar olmaqla, 2000-dən artıq insan həlak olub.

XS
SM
MD
LG