Accessibility links

Misirsə qədim Karnak məbədi yaxınlığında bomba hücumu olub


Misirin cənubunda qədim Karnak məbədi yaxınlığında həyata keçirilən intiharçı hücumu 4 nəfərin yaralanmasına səbəb olub.

Rəsmilər hücumda əli olan iki nəfərin polis tərəfindən öldürüldüyünü və turistlər arasında yaralananların olmadığını bildirib.

Nil çayının sahilində Luxor şəhərində yerləşən məbəd UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına daxildir və həm Misir, həm də xarici turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

XS
SM
MD
LG