Accessibility links

Misir seçiciləri islamçıların dəstəklədiyi konstitusiya layihəsini təsdiq edib. Seçki Komissiyasının bildirdiyinə görə, ikimərhələli referendum zamanı seçicilərin 64 faizinin sənədə müsbət, 32 faizinin mənfi səs verdiyini bəyan edib.

Bəyanat iki ay ərzində parlamentin aşağı palatasına seçkilərə yol açmış olur. Islamçıların əksəriyyət təşkil etdiyi palata iyun ayında buraxılmışdı.
Referendum Misirin müxalifət tərəfdarlarının etirazlarına yol açıb.

Dünən müxalifət lideri və prezidentliyə sabiq namizəd Həmdin Sabahi konstitusiyanın xalqı təmsil etmədiyini, ölkədə parçalanmaya yol açdığını deyib.

Müxalifət koalisiyası yeni konstitusiyanın mülki azadlıqları boğduğunu deyir. İslamçılar isə referendumun demokratiyaya keçid üçün mühüm addım adlandırır.
XS
SM
MD
LG