Accessibility links

Misirdə bomba hücumları 40-a yaxın adamın ölümünə səbəb olub


Misirin Tanta və İskəndəriyyə şəhərlərində bomba hücumları 40-a yaxın adamın ölümünə səbəb olub. İŞİD-in məsuliyyətini üzərinə götürdüyü hücumlar Kopt xristianlarının kilsələrində həyata keçirilib.

Tantanın Müqəddəs Corc Kort kilsəsində dağıntılar, qanlı paltarlar və bədən parçaları müşahidə edilib.

Şahidlərin dediyinə görə, partlayış ziyarətçilərin müqəddəs bazar mərasiminə toplaşdığı vaxt baş verib. Bu bazar xristianların müqəddəs bayramının başlanğıcıdır. Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İki dövlət xəstəxanasına 60-dan çox yaralı yerləşdirilib. İnsanlar yanıqlardan və qəlpə yaralarından müalicə edilir.

İskəndəriyyədə isə intiharçı hücumu həyata keçirilib. Polis intiharçının kilsə yaxınlığında özünü partlatdığını deyir.

Misir müftisi Şeyx Aləm İŞİD-in üzvlərinin əsl müsəlman olmadığını deyib.

O, İŞİD-i “kriminal terrorist qroup” adlandıraraq, hər kəsi İslamı interpretasiya edənlərin ideologiyası əleyhinə çıxmağa çağırıb.

Roma Papası Fransis hücumları qınayıb. Papaya yaxın mənbələr onun ayın sonunda Misir səfərini təxirə salmayacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG