Accessibility links

Misir məhkəməsi hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin mənsub olduğu Müsəlman Qardaşları partiyasının lideri Məhəmməd Badie də daxil olmaqla, 183 islamçı ilə bağlı ölüm hökmünü təsdiq edib.

Məhkəmə keçən il polisin Qahirədə yüzlərlə Mursi tərəfdarını qətlə yetirdiyi eyni gün Minya vilayətində polis zabitlərini öldürmək cəhdi və qətl ittihamları əsasında 683 nəfərə ölüm hökmü çıxarmışdır. Mart ayında qısa məhkəmə prosesindən sonra ölüm çıxarılan ölüm hökmləri beynəlxalq səviyyədə etirazlarla qarşılanmışdı

Məhkəmənin bugünkü qərarı ölüm hökmünün tətbiq edilməsi üçün ilkin qərarın dövlətdə yüksək dini səlahiyyətlərə malik müftiyə göndərilməsindən sonra çıxarılıb.

Vəkillər 183 ölüm hökmü ilə yanaşı, dörd nəfərə ömürlük həbs cəzasının verildiyini, 496 nəfərin isə bəraət qazandığını bildirib.

Məhəmməd Badie haqda başqa bir işlə əlaqədar ikinci ölüm hökmü çıxarılıb.
XS
SM
MD
LG