Accessibility links

Con Makkeyn: "Misirdə zorakılıqlara son qoymaq üçün ABŞ nüfuzundan istifadə etməlidir"


Yaponiyaya səfəri zamanı ABŞ senatoru Con Makkeyn iki ölkə arasında əlaqələri müzakirə etmək üçün baş nazir Şinzo Abe ilə görüşüb.

Səfər zamanı müxbirlər qarşısında çıxış edən Con Makkeyn Misirin müvəqqəti baş nazirinin şərhinə reaksiya verib. O deyib ki, Birləşmiş Ştatlar Misirdə davam edən zorakılığa son qoymaq üçün nüfuzundan istifadə etməlidir.

Baş nazir ABŞ-ın Misirə hərbi yardımının dayandırılmasının olduqca pis əlamət olacağını deyib. Makkeyn isə bunun ABŞ-ın Misirdəki vəziyyətə təsir etməyə qadir olduğunu göstərdiyini bildirib.

Misirin müvəqqəti baş naziri Hazem Əl-Beblavi müsahibəsində ABC News-a deyib ki, maliyyə yardımını itirmək Misirin hərbi qüvvəsinin fəaliyyətinə müəyyən müddətə mənfi təsir edəcək.

Lakin o, əlavə edib ki, Misirin hərbi qüvvəsi on illərdir Rusiya hərbi yardımı nəticəsində möhkəm olmaqda davam edib.
XS
SM
MD
LG