Accessibility links

Misirdə fəaliyyəti qadağan olunmuş Müsəlman Qardaşları təşkilatı ilə əlaqələrinə görə iki il həbs olan Misir mənşəli amerikalı Məhəmməd Soltan azad edilərək Birləşmiş Ştatlara deportasiya edilib.

Qahirə rəsmiləri 27 yaşlı Məhəmməd Soltanın ölkəni tərk etməsindən əvvəl onu Misir vətəndaşlığından məhrum edib. O, həbsinə etiraz olaraq 16 aclıq elan edib. Məhəmməd Soltanın ailəsi onun səhhətində ciddi problemlər olduğunu bildirib.

Ohayo universitetinin məzunu olan Məhəmməd Soltan prezident Barak Obamanın seçki kampaniyasında çalışıb. Ona qarşı Misirdə hökumət əleyhinə fəaliyyət aparmaq və 2013-cü ildə hərbçilərin islamçı prezident Məhəmməd Mursinin hakimiyyətdən devildiyi zaman saxta məlumatlar yaymaq ittihamları irəli sürülüb. Məhəmməd Soltanın atası, Müsəlman Qardaşları təşkilatının nüfuzlu üzlərindən biri olan Salah Soltan ölüm cəzasına məhkum edilib.

Məhəmməd Soltan Misirdə etirazlar dövrü ABŞ və xarici xəbər agentlərində tərcüməçi kimi işləyib.

XS
SM
MD
LG