Accessibility links

Misir məhkəməsi 2012-ci ildə futbol stadionunda baş vermiş iğtişaşla bağlı 11 nəfəri ölüm cəzasına məhkum edib. Ölkənin şimalındakı Səid liman şəhərində stadionda qarşıdurma zamanı 74 nəfər həlak olmuş, yüzlərlə insan isə yaralanmışdı.

Misir tarixində ən qanlı futbol insidenti olan bu qarşıdurma Qahirənin Əl-Əhli klubu ilə ev sahibi Əl-Məsri komandaları arasındakı oyunun sonunda yerli azarkeşlər meydançaya daxil olaraq qonaq azarkeşlərə hücum etmişdilər.

Bu gün məhkəmə digər 40 nəfəri 15 ilədək azadlıqdan məhrum etməklə yanaşı, 20 nəfərə isə bəraət qazandırıb.

Müttəhimlərin çıxarılan qərarlardan apellyasiya şikayəti vermək hüququ var.

XS
SM
MD
LG