Accessibility links

Misir məhkəmələri sabiq rəsmilərə həbs cəzaları verir

  • Amerikanın səsi

Misir məhkəmələri sabiq rəsmilərə həbs cəzaları verir

Misir məhkəmələri sabiq rəsmilərə həbs cəzaları verir

Misir məhkəməsi sabiq informasiya naziri Anas əl-Fiqqini korrupsiya ittihamlarında təqsirkar bilərək yeddi il azadlıqdan məhrum edib.

Qahirədə keçirilən məhkəmə həmçinin sabiq dövlət televiziyası rəhbəri Osama əl-Şeyxi beş il azadlıqdan məhrum edib.

Misir məhkəmələri indiyədək sabiq Hüsnü Mübarək hökumətinin bir neçə rəsmisinə həbs cəzaları veriblər.

Cənab Mübarək özü korrupsiya, səlahiyyətləri aşma və 18 günlük inqilab zamanı nümayişçilərin qətlə yetirilməsinə əmr verməkdə ittiham olunur. Mübarək ittihamları rədd edir.

XS
SM
MD
LG