Accessibility links

Misir məhkəməsi ölkədə həyata keçirilən hücumların təşkilatçlarını həbs cəzasına məhkum edib


Misir məhkəməsi ölkədə həyata keçirilən hücumların təşkilatçlarını həbs cəzasına məhkum edib
Misir məhkəməsi ölkədə həyata keçirilən hücumların təşkilatçlarını həbs cəzasına məhkum edib

Onların Misrin turist bölgələrində və Suveş Kanalında hücumlar həyata keçirməyi planlaşdırdıqları deyilir

Misir məhkəməsi bu gün Livandakı Hizbillah qrupu adından Misirdə həyata keçirilən hücumların 26 nəfər təşkilatçısını ittiham edərək, həbs cəzasına məhkum edib. Qahirədə məhkum edilən həmin şəxslərin Misrin turist bölgələrində və əsasən gəmilərin hərəkət etdiyi Suveyş Kanalında hücumlar həyata keçirməyi planlaşdırdıqları deyilir. Günahkar bilinən 26 nəfərin misirli, fələstinli, livanlı və sudanlı olduqları deyilir ki, həmin şəxslər 6 aydan 25 ilə qədər həbs cəzasına məhkum edilmişlər.

Hizbullah lideri həbs edilənlər arasında təşkilatın aparıcı üzvlərindən olan və Fələstinin Həmas qrupunu silahla təmin edən Sami Şihabın da olduğunu etiraf edib.

XS
SM
MD
LG