Accessibility links

Misirin yeni prezidenti "həqiqi demokratiya" qurulmasına səsləyib


Misirin yenicə seçilmiş prezidenti Məhəmməd Mürsi xalq tərəfindən ona verilən “böyük şərəfə” çox dəyər verdiyini deyir.

Cənab Mürsi Təhrir meydanında orduya qarşı etiraz edən on minlərlə tərəfdarlarının qarşısında çıxış edib. O, daxildə və xaricdə olan bütün misirliləri salamlayaraq bildirib ki, ölən və yaralanan insanların qanları Misir xalqının “azadlıq ağacını suvarıb.”

Cənab Mürsi şənbə günü and içəcək. O, preziden seçkilərinə Müsəlman Qardaşlarının nümayəndəsi kimi namizədliyini irəli sürmüşdü, president seçiləndən sonra isə qrupdan istefa verməli oldu. O, cümə günü, müsəlman, xristian və qadınlardan ibarət hökumət qurmaq istəyini bir daha təkrarlayıb.

Mürsi tərəfdarlarının və müxaliflərinin haqlarının əllərindən alınmayacağı “həqiqi demokratiya” qurulmasına səsləyib.

Hakimiyyətin ötürülməsi prosesinin detallarını müzakirə etmək üçün hakimiyyətdə olan hərbi şuranın arzularını nəzərə alan cənab Mürsi and içmək üçün Misirin Konstitusiya Məhkəməsinə gələcək.

Cənab Mürsi parlament qarşısında prezidentliyə and içəcəyinə söz vermişdi. Lakin, Müsəlman Qardaşlarının çoxluq təşkil etdiyi parlamentin aşağı palatası ləğv edildiyinə görə, hərbi şura cənab Mürsinin məhkəmə qarşısında and içməsini lazım bilir.

Bəzi müşahidəçilərin fikrincə məsələnın anlaşılmazlıqla sona çatması tərəflər arsında uzunmüddətli çəkişməyə səbəb ola bilər.

Hakimiyyətdə olan generallar hakimiyyəti iyulun 1-nə qədər təhvil verəcəklərini bildiriblər. Lakin, cənab Mürsi prezident seçikilərinin qalibi olmamışdan bir neçə gün əvvəl ordu liderlərinin səlahiyyətlərindən sui-istifadə edərək prezidentin səlahiyyətlərini azaltmaları bir çox misirliləri qəzəbləndirib.

Musəlman Qardaşları ordunun hərəkətlərini qəbul etməyib.

Cənab Mürsi bu həftə prezident sarayının ofislərinə köçüb. Bu sarayda bir vaxtlar inqilabçılar tərəfindən devrilmiş prezident Hüsnü Mübarək yaşayırdı.
XS
SM
MD
LG