Accessibility links

Məhəmməd Mürsi- Misirdə azad seçkilər yolu ilə hakimiyyət başına keçən ilk prezident



Misirin Müsəlman Qardaşları partiyasından Məhəmməd Mürsi azad seçkilər yolu ilə hakimiyyət başına keçən ilk prezident oldu. Bir neçə ay bundan əvvəl Mürsi prezidentiliyə nə qədər uzaq olsa da, onun vətəni Edva kəndində buna heç kimin şübhəsi yox idi. Mürsi uşaqlığını belə xatırlayır.
“Qızıl qaşıqla yedizdirilməmişəm. Atam ağır işlərdə işləyib. Məni də uzunqulağı ilə işə aparardı.”

Mürsinin həyat yoldaşı Nadla Əli onun haqda belə danışır.
“Deyə bilmərəm ki, o gülüş ustasıdır. Amma olduqca dərin bir yumor hissinə malikdir, əyləncəlidir. Ciddi vaxtlarda ciddi olur. Adi vaxtlarda olduqca zarafatcıldır.”

Ailəsi və dostları arasında Mürsi özünü rahat hiss edir.O, Amerikada mühəndislik təhsili alıb, övladları ABŞ vətəndaşıdır. Mürsi ingiliscə danışdıqda:”Misirlilərlərin yanında ən yaxşısı ərəbcə danışmaqdır. Məni ingiliscə danışan görsələr hirslənərlər.”

Lakin Mürsinin opponetləri Müsəlman Qardaşları təşkilatından prezident çıxmasını gülməli saymır. Xristianlar və qadınları isə onun prezidentliyi o qədər də qorxutmur.

Nagla Əli deyir ki, əsl islam bütün dinlərə etiqad edənləri cəmləşdirir. O, qadının islamda əsarətdə olduğuna dair fikirləri yayındırmağa çalışaraq, həyat yoldaşının 30 il əvvəl bu partiyaya üzv olmasını yada salır."Mən ona dedim problem yoxdur. Bir yoldur, çıxmışıq."

Mürsinin müttəfiqləri onun nailiyyətini məsləhətləşmələr və əməkdaşlıqda görür. Prezidentliyə sabiq namizəd Abdulla Əl Əşhaal.“O, bir prezident kimi Müsəlman Qardaşları kənarında olan hər bir kəsi çətiri altına almalıdır.”

Lakin bir çoxlarını Mürsinin vədlərinə baxmayaraq, Müsəlmanlar Qardaşlarının paylaşan bir qurum olmadığı narahat edir. Politoloq Səid Sadiq qrupun bayraqlarının nişanlarını misal gətirir.“Onların nişanı qılıncdır. Onların niyyəti qılıncla tort kəsmək deyil,”

Konstitusiyası olmayan bir ölkədə prezidentin rolu qeyri-məlumdur. Hazırda Mürsinin qarşısında məsuliyyətinin nədən ibarət olduğunu müəyyən etmək kimi bir vəfizə durur.
XS
SM
MD
LG