Accessibility links

Misir mediası prezidentin hərbçiləri işdən çıxarmasını "inqilabi qərar" adlandırır


Misir mediası prezident Məhəmməd Mursinin müdafiə naziri Hüseyin Tantavinin vəzifəsindən azad edilməsi və hərbi hakimiyyətin səlahiyyətlərinin azaldılması barədə qərarını "inqilabi qərar" kimi təsvir edir.

Prezident Mursi devrilmiş prezident Hüsnü Mübarək dönəmindən qalma müdafiə naziri Hüseyn Təntavini Əbdül Fəttah əl-Sissi ilə əvəzləyib. O, həmçinin qocaman hakim Mahmud Mekkini vitse-prezident təyin edib.

Hökumətdəki son dəyişikliklər ötən həftə kəşfiyyat naziri və Şimali Sinay vilayətinin qubernatorunun işdən çxarılmasından sonraya təsaüdüf edir. Ötən həftə ordu postuna hücum nəticəsində 16 əsgərin həlak olmasından sonra Mursi hərbi polisin rəhbərini də işdən qovmuşdu.

Cənab Mursi bu qərarı verməklə hərbi təsisatları aşağılamaq niyyətində olmadığını və Misir xalqının rifahına xidmət etdiyini bildirib.

Ordu prezidentin bu qərarına ictimai reaksiya verməyib.
XS
SM
MD
LG