Accessibility links

Misir məhkəməsi 2012-ci ildə etirazçıların qətlə yetirilməsi ilə əlaqədar sabiq prezident Məhəmməd Mursini bu gün 20 il həbs cəzasına məhkum edib.

Cənab Mursi və "Müsəlman Qardaşları" təşkilatının daha 12 üzvü qətl törətmək deyil, zorakılıq və hədə-qorxu ittihamları əsasında məhkum edilərək ölüm hökmü almayıb.

Cənab Mursinin islamçı tərəfdarlarının prezident iqamətgahı qarşısında mitinqə toplaşan etirazçılara hücum etməsi ilə bağlı irəli sürülən ittihamlar məhkəmələr tərəfindən bir daha nəzərdən keçirilə bilməz.

Misirin dörd il əvvəl demokratik yolla seçilən ilk prezidenti olan cənab Mursi ölkəni uzun müddət idarə etmiş Hüsnü Mübarək rejiminə son qoymuş xalq üsyanından sonra ölkəsinə parlaq gələcək vəd etmişdi. Lakin onun yürütdüyü siyasət ölkədə genişmiqyaslı etiraz nümayişlərinə gətirib çıxararaq, ordu başçısı Əbdül Fəttah Əl-Sissinin hakimiyyətə gəlməsinə yol açdı.

XS
SM
MD
LG