Accessibility links

Hüsnü Mübarəkin işinə yenidən baxılacaq


Presiden Mesir Husni Mubarak

Presiden Mesir Husni Mubarak

Misirin Apellyasiya Məhkəməsi ömürlük həbs cəzası altında olan sabiq prezident Hüsnü Mübarəkin işinə yenidən baxılması barədə hökm çıxarıb. 84 yaşlı Mübarək bir neçə ay bundan əvvəl minlərlə nümayişçinin qətli ilə bağlı ömürlük həbs cəzasına məhkum edilmişdi.

Məhkəmə sabiq daxili işlər naziri Həbib Əl-Ədli, habelə Məbarəkin iki oğlu-Camal və Alaanın da işinə yenidən baxılmasını istəyir. Yeni prosesin nə zaman başlayacağı bəlli deyil. Mübarəkə qarşı irəli sürülən ittihamlar dəyişilməyəcək.

Bugünkü hökm prokurorluğun Mübarəkin Misirin “Əl-Əhram” qəzetindən 1 milyon dollar dəyəri olan hədiyyə alması ilə bağlı həbs qərarından bir gün sonraya təsadüf edir.

Yıxılaraq qabırğaları sınan Mübarək hazırda xəstəxanadadır.
XS
SM
MD
LG