Accessibility links

Misir məhkəməsi Müsəlman Qardaşları təşkilatının fəaliyyətinə tam qadağa qoyaraq, əmlakının müsadirə edilməsi haqda qərar qəbul edib. Bu, ordu tərəfindən dəstəklənən hökumətin hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin başçılıq etdiyi islamçı hərakatı zəiflətmək istiqamətində kampaniyasının daha da genişləndirilməsi kimi qiymətləndirilir.

Məhkəmə bu qərarı ölkədə Müsəlman Qardaşları tərəfdarlarının təqiblərə məruz qaldığı vaxt verir. Polisin bir ay öncə təşkilatın tərəfdarlarının Qahirədə oturaq aksiyasını dağıtdığı zaman yüzlərlə islamçı etirazçının ölməsi Misirdə ölkə boyu zorakılıqların artmasına gətirib çıxarmışdır.

Sabiq prezident Hüsnü Mübarəkin 2011-ci ildə devrilməsindən sonra yarandığı vaxtdan 85 il fəaliyyətinə qadağa qoyulmuş Müsəlman Qardaşları təşkilatı parlament və prezident seçkilərində qələbə əldə edə bilən siyasi partiya yarada bilmişdi.

Məhkəmənin qərarı apellyasiya edilə bilər. Lakin qərarın Müsəlman Qardaşları tərəfdarlarını gizli fəaliyyətə keçməyə və gənc islamçıları silahlandıraraq dövlətə qarşı çıxmağa təşviq edə biləcəyindən ehtiyat edilir . Müsəlman Qardaşları təşkilatın milyonlarla üzvü olduğunu iddia edir.
XS
SM
MD
LG