Accessibility links

Hüsnü Mübarəkin iki oğlu azad edilib


Camal və Əlaa Mübarək qardaşları
Camal və Əlaa Mübarək qardaşları

Misirin sabiq lideri Hüsnü Mübarəkin iki oğlu Qahirə həbsxanasından azad edilib. Rəsmilərin bildirdiyinə görə, Əlaa və Camal Mübarək 4 ilə yaxındır Tora həbsxanasında saxlandıqdan sonra bazar ertəsi səhər azad edilib.

Onlar ölkədə baş qaldıran üsyan nəticəsində Hüsnü Mübarəkin hakimiyyətdən devirməsindən az sonra həbs edilmişdilər. Hakimin qərarı ilə qardaşlar keçən həftə zaminə buraxılıb.

Bu ayın əvvəli apellyasiya məhkəməsində bəraət qazanmalarına baxmayaraq, sabiq prezident və onun iki oğlu dövlət əmlakının mənimsənilməsi ittihamı ilə yenidən məhkəmə qarşısına çıxarılacaq.

Cənab Mübarəkə qarşı heç bir ittiham qalmadığına baxmayaraq, o hələ də hərbi xəstəxanada saxlanır.

Sabiq prezidentin iki oğlunun azad edilməsi 2011-ci il üsyanının ildönümünün qeyd edilməsindən bir gün sonraya təsadüf edir. Qahirədə və ölkənin digər şəhərlərində keçirilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasındakı baş verən qarşıdurmalar nəticəsində azı 18 nəfərin öldüyü bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG