Accessibility links

Misirin keçmiş prezidenti Hüsnü Mübarək 2011-ci ildə onun hakimiyyətdən devrilməsilə nəticələnmiş iğtişaşlar zamanı qətllərlə əlaqədar bütün ittihamlar üzrə bəraət qazanıb.

Məhkəmənin hakimi izdihamla dolu zalda hakimiyyətdən devrilmiş Misir prezidentinə qarşı bütün ittihamların qaldırıldığını elan edib.

Qərar məhkəmə zalında gurultulu alqışlarla qarşılanıb. Məhkəmənin qərarını xərəkdə yarı uzanıqlı vəziyyətdə dinləyən cənab Mübarəkin oğulları onun alnından öpüblər.

Hakim uzun hökmdə jurnalistləri 1430 səhifədən ibarət məhkəmə işi ilə tanış olmadan qərarla bağlı şərhlər verib onu təhlil etməməyə çağırıb.

Yüzlərlə nümayişçinin qətlinə əmr verməkdə ittiham edilən Mübarək dövrünün keçmiş daxili işlər naziri və yüksək səviyyəli digər altı şəxs də bəraət alıb.

86 yaşlı Hüsnü Mübarəkə qarşı onun iki oğlu-Əlaa və Camalla bərabər irəli sürülmüş korrupsiyaya dair ittihamlar da qaldırılıb. Lakin bununla belə o, dövlət əmlakını mənimsəmə ittihamı ilə aldığı üç illik həbs cəzasını çəkməyə davam edir.

Misiri 30 ilə yaxın bir müddət ərzində idarə etmiş Hüsnü Mübarəkə nümayişçilərin qətlilə əlaqədar ittiham üzrə 2012-ci ildə ömürlük həbs cəzası verilmişdi. Qərarla bağlı ali məhkəməyə təqdim edilmiş apellyasiya təmin edilmiş və məhkəmə prosesi yenidən başlamışdı. Proses gedən müddətdə cənab Mübarək hərbi xəstəxanada ev dustağı kimi saxlanırdı.

XS
SM
MD
LG