Accessibility links

Misirdə səhmlər dəyər itirir


Misirin dövlət mediasının bildirdiyinə görə, prezident Məhəmməd Mürsi bazar ertəsi ölkənin Ali Ədliyyə sisteminin rəsmiləri ilə görüş keçirməlidir.

Misir prezidenti Məhəmməd Mürsinin səlahiyyətlərini artıqmasından sonra səhm birjalarında dəyərlər 10 faiz azalıb. Enişə son günlər cərəyan edən hadisələr səbəb olub .

Mürsinin Müsəlman Qardaşları partiyasının tərəfdarları isə etiraz aksiyalarını davam etdirir.

Bu gün səhər Qahirənin Təhrir meydanında nümayişçilər polisi daşa basıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Prezidentin tərəfdarları və opponentləri çərşənbə axşamı günü genişmiqyaslı yürüşlər keçirilməsini planlaşdırır. Bir çoxlarını ölkədə yenidən zorakılıqların baş qaldıracağı qorxudur.

Misirin yüksək ədliyyə orqanı prezident Məhəmməd Mürsinin səlahiyyətlərinin artırılmasına dair qərarını ədliyyə sisteminin müstəqilliyinə qarşı misilsiz hücum adlandırıb. Ali Ədliyyə Şurası şənbə günü fövqəladə iclasdan sonra bəyanatını açıqlayıb.

İsgəndəriyyə şəhərində isə məhkəmə işçiləri fərmanlar ləğv edilməyənə qədər işə çıxmayacaqlarını deyiblər.

Etirazlara prezident Mürsinin onun verdiyi qərarların ədliyyə sistemi tərəfindən nəzarətinə son qoyulmasını nəzərdə tutan fərmanlar verməsi səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG