Accessibility links

İnqilabdan sonrakı Misir xarici siyasət prioritetlərini müəyyənləşdirir [Video]


Yeni Misirin xarici siyasəti
please wait

No media source currently available

0:00 0:03:03 0:00
​Misirin prezidenti hakimiyyətinin ilk aylarını daxili parçalanmaların aradan qaldırılmasına sərf edib. Daxili problemlər onun dünya miqyasında vədlərini kölgəyə salıb. Məhəmməd Mursi səlahiyyətlərinin artırılması qərarı ilə ölkədə yeni bir böhrana yol açıb. O, eyni zamanda İsraillə Fələstinlilər arasında atəşkəs əldə edilməsinə nail olub.

Noyabr ayında əldə edilən bu razılıq Mursinin xarici siyasətinə yüksəliş gətirib. Onun Çin və İrana səfəri də bu sahədə yüksək qiymələndirilir.

Siyasi təhlilçi Mustafa Əl Ləbbad: "Onun Çin və İrana səfər etmək qərarı ağıllı bir
addım idi. Bu, onun Qərb və Amerika maraqlarından müstəqilliyini nümayiş etdirirdi."

Pekin səfəri zamanı Mursi siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsini önə çəkmişdi. Bu, böyük bir addım olmasa da, Misirin ABŞ-la uzunmüddətli münasibətlərinə zidd olan simvolik bir addım idi.

Mursi İrana 1979-cu il İran İslam İnqilabından sonra Misirin ilk dövlət başçısı kimi səfər etmişdi. Sünnilərin əksəriyyət təşkil etdiyi bir ölkənin rəhbəri kimi o,Tehranın Suriya hökumətini dəstəkləməsini tənqid etmişdi. O, bununla sabiq hökumətdən fərqli olmayaraq İranla bağlı Amerikanın maraqlarına xidmət etmişdi.

Siyasi təhlilçi Səid Sadeq: "Obama Yaxın Şərqdə sünnilərin müttəfiqliyini əldə etmək istəyir. Bu mənada Müsəlman Qardaşlarının xarici siyasəti digər sünni dövlərlərdən fərqli olmayacaq."

Təhlilçi Hişam Qasım Qəzza razılığının Mursi üçün böyük qələbə olmadığını hesab edir. Onun fikrincə, Misir İsraillə münaqişəyə girmək istəmir. "Misir kəşfiyyatı və ordusunun rolu Mursiyə başqa çarə buraxmamışdı. "

Mursinin Amerika tərəfindən idarə edilməsi firkirləri ölkədə etirazlara yol açıb. Professor Sadeqin dediyinə görə, bütün bunlar prezidentin növbəti qərarlarının çətinliklə üzləşəcəyini göstərir. "Misir kənara çıxmazdan əvvəl daxildə işlərini bitirməlidir. "

Təhlilçilərin fikrincə, daxili cəbhə Mursini gələcək aylarda olduqca məşğul saxlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG