Accessibility links

Misirin Apellyasiya Məhkəməsi prezident Mursinin qərarını ləğv edib


Misirin Apellyasiya Məhkəməsi prezident Məhəmməd Mursinin ölkənin baş prokurorunun əvəz edilməsi qərarını ləğv edib.

Məhkəmə ədliyyə naziri Əbdel Maquid Mahmudun vəzifəsinə bərpa edilməsinə dair hökm çıxarıb.

Morsi noyabr ayında naziri vəzifəsindən kənar edərək, onun yerinə Tələt Abdullanı təyin etmişdi.

Uzun illər bu vəzifədə olan Mahmud sabiq prezident Hüsnü Mübarək tərəfindən təyin edilmişdi.

Bu arada Misir prezidenti parlament seçkilərinin oktyabr ayında keçirilə biləcəyini bəyan edib.

Səsvermə aprel ayına təyin edilmişdi. Lakin məhkəmə Mursinin seçkilərin tarixi barədə qərarını ləğv edib.

Müxalifət seçkiləri boykot edə bilər.
XS
SM
MD
LG