Accessibility links

Misirin Ali Məhkəməsi prezident Məhəmməd Mursinin tərəfdarlarının məhkəmə binasını mühasirəyə almasından sonra işini dayandırıb. Ali Məhkəmə işini təzyiqlərə etiraz olaraq dayandırdığını bəyan edib.

Məhkəmə yeni konstitusiyanı təsis edən islamçıların əksəriyyət təşkil etdiyi məclisin qanuniliyini nəzərdən keçirməli idi.

Son günlər məclisin 30-ya yaxın xristina, liberal və dünyəvi üzvü Mursinin tərəfdarlarının prosesi ələ keçirdiyini deyərək boykot elan edib.

Məhkəmənin hər bir qərarı ötən ay səlahioyətlərini genişləndirən prezidentə qarşı birbaşa hücum ola bilər.

Misir prezidenti Məhəmməd Mursi yeni konstitusiyaya dair referendumu dekabrın 15-ə təyin edib.

Konstitusiya layihəsində qanunvericiliyin islam qanunlarına əsaslanması nəzərdə tutulur.
XS
SM
MD
LG