Accessibility links

Misirdə qarşıdurmalar davam edir


Çərşənbə axşamı Misir prezidenti Məhəmməd Mursiyə qarşı davam edən kütləvi nümayişlər çərşənbə günü ərzində Qahirədə yüzlərlə etirazçı və polis arasında qarşıdurma ilə davam edib.

Polis Qahirədə, ABŞ səfirliyinin yaxınlığındakı küçədə etiraz edərək daş atan dəstəyə qarşı gözyaşardıcı qaz tətbiq edib. Çərşənbə günü digər Misirli nümayişçilər keçən il cənab Mursinin sələfi Hüsnü Mübarəkə qarşı nümayişlərin episentri olan Təhrir meydanında oturaq etiraz ediblər.

Cənab Mursi noyabr ayının 22-də məhkəmə orqanlarının onun çıxardığı qərarları mühakimə edə bilməməsinə dair özünə yeni səlahiyyətlər verib.

Bazar ertəsi cənab Mursi özünə verdiyi yeni səlahiyyətləri suveren məsələlərdə istifadə etməyəcəyinə dair Ali Məhkəmənin Hüquq Şurasına söz verib. Prezident Mursi suveren məsələlərdən başqa digər məsələlərdə mütləq gücə sahib olacaq. Lakin “suveren məsələlərin” nədən ibarət olacağına dair açıqlama yoxdur.

Müxalif qüvvələr cənab Mursinin fərmanının ləğv olunmasını tələb edərək onu diktatorial səlahiyyətlər mənimsəməkdə ittiham ediblər.
XS
SM
MD
LG