Accessibility links

Dünya liderləri Misir hadisələrinə reaksiya verir (Yenilənib)



Dünya liderləri Misirə hadisələrinə reaksiya verir

ABŞ prezidenti Barak Obama Misirdə ordunun demokratik seçilmiş prezident Məhəmməd Mursini hakimiyyətdən devirməsindən sonra Birləşmiş Ştatların Misirə yardımını məsələsinin nəzərdən keçirilməsi haqda göstəriş verib.

ABŞ prezidentinin bəyanatında silahlı qüvvələrin qərarının narahatlıqla qarşılandığı deyilir və Birləşmiş Ştatların uzun zamandır müttəfiqi olan Misirdə ən tez bir zamanda demokratiyaya qayıdılmasına çağırılır.

Prezident Obama həmçinin Misirin silahlı qüvvələrini keçid dövrü müddətində mülki əhalinin hüquqlarının müdafiəni təmin etməyə çağırıb.

BMT-nin Baş katibi Ban Ki Mun Misirdə çevirilişi “qeyri-sabit” vəziyyət adlandırıb və ən tez bir zamanda mülki idarəçiliyə qayıtmağa çağırıb. O, Misir xalqının arzularını dəstəkləməyə davam etdiyini deyib.

NATO-nun Baş katibi Anders Foqh Ramussen Misirlə bağlı dərin narahatlığını bildirib və tərəfləri təmkinə çağırıb.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton tərəfləri “tez zamanda demokratik prosesə” qayıtmağa çağırıb.

Misirin müttəfiqi və bu yaxınlarda hökumət əleyhinə nümayişlərə səhnə olan Türkiyə hadisələrlə bağlı narahatlıq ifadə edib. Cümə axşamı keçirilən mətbuat konfransı zamanı Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu cənab Mursinin ordu tərəfindən hakimiyyətdən devrilməsini “qəbuledilməz” və “həyəcan doğuracaq” addım kimi qiymətləndirib.

Afrika Birliyinin rəsmiləri 54 ölkənin daxil olduğu alyansın keçirəcəyi iclasda Misirin üzvlüyünün ləğv edilib-edilməməsi məsələsinin müzakirəyə qoyulacağını bildirib.

Tunis prezidentinin mənsub olduğu partiya Misirdə Məhəmməd Mursinin hakimiyyətdən edvrilməsini demokratiyaya böyük zərbə adlandıraraq qınayıb.

Lakin Səudiyyə Ərəbistanının liderləri Misirə təbrik mesajı göndərib. Qətər Misir xalqına dəstəyi davam etdirəcəyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri də keçid prosesini dəstəkləyib. Birləşmiş Ərəb Əmirliklərinin lideri Şeyx Xəlifə bin Zayed Əl-Nahayan keçid dövrü prezident kimi andiçən Misirin Konstitusiya məhkəməsinin sədri Ədli Mənsuru təbrik edib.

Suriya prezidenti Bəşar Əl-Əsəd cənab Mursinin hakimiyyətdən devrilməsini alqışlayıb. Dövlət mediasının verdiyi məlumata görə, Suriya lideri deyib ki, Misir xalqı cənab Mursinin bir il hakimiyyəti dövrü Müsəlman Qardaşlarının lideri tərəfindən verilmiş “yalan”ların üstünü açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG