Accessibility links

Misir ordusu Qahirədə prezident sarayının önünə tanklar çıxararaq, nümayişçilərdən prezident Məhəmməd Mursi tərəfdarları və müxaliflər arasında olan və beş nəfərin ölümü ilə nəticələnən qarşıdurmaya son qoyulmasını tələb edib.

Ordu bəyanatında nümayişçilərdən ərazini yerli vaxtla cümə axşamı günorta saat 3-ə qədər tərk etməyi tələb edib. Ordu prezident sarayının önündə ən az beş tank və iki zirehli hərbi nəqliyyat vasitəsi saxlayıb.

Cümə axşamı gecə saatlarında prezidentın xalqa müraciət edəcəyi gözlənilir. Misir paytaxtında iki gün davam edən zorakılıqlar nəticəsində 350 nəfərdən çox insan yaralanıb.

Zorakılıq çərşənbə günü cənab Mursinin İslamçı tərəfdarlarının prezidentin keçən ay imzaladığı fərmanından qəzəblənmiş müxalifətçilərə hücum etməsi nəticəsində baş verib. İmzalanan fərman cənab Mursiyə məhkəmə nəzarəti xaricində qalmaq üçün yeni səlahiyyətlər verir.
XS
SM
MD
LG