Accessibility links

Misirdə iğtişaşlar artır


Misirdə Məhəmməd Mursinin tərəfdarları yenidən Qahirə və digər şəhərlərin küçələrinə çıxaraq, devrilmiş prezidentin vəzifəsinə bərpa edilməsini tələb edib. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurmalar zamanı onlarla adam həlak olub.

Etirazlar cümə namazından sonra baş qaldırıb. Hökumət 638 adamın iğtişaşlar zamanı həlak olduğunu, Müsəlman Qardaşları isə tələfatın daha yüksək olduğunu bildirir.

Amerikanın Səsinin Qahirədəki müxbirinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri əsas yolları bağlayıb, şəhərə əlavə tanklar və zirehli maşınlar yerləşdirib.

Əl-Cəzirə telekanalı Tanta şəhərində zorakı qarşıdurmaları nümayiş etdirib. Polis əsl güllələrdən istifadə ediləcəyi barədə xəbərdarlıq yayıb.

Bu arada, Fransa prezidenti Frasua Olland Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri Devid Kameronla Misirdəki vəziyyəti telefonla müzakirə edib.

ABŞ prezidenti Misirlə illik hərbi təlimlərin təxirə salınmasına göstəriş verib. Buna səbəb Misirin müvəqqəti hökumətinin nümayişçilərə divan tutması olub.

Barak Obama ABŞ-ın təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı güc tətbiq etməsini kəskin şəkildə qınadığını deyib.

ABŞ dövlət başçısı "Bright Star" adlı hərbi təlimlərin təxirə salınmasını mülki əhalinin öldürülməsi şəraitində baş tuta bilməyəcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG