Accessibility links

Misirdə keçmiş prezident Məhəmməd Mursiyə ölüm hökmü çıxarılıb


Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursi və onunla bərabər 2011-ci ildə həbsxanadan kütləvi qaçışla əlaqədar 100-dən çox müttəhimə ölüm hökmü çıxarıb.

Keçmiş prezidentə Qahirədə keçirilən məhkəmədə çıxarılan ölüm hökmü ilə bağlı son qərarı iyunun 2-də Misirin ali dini rəsmisi olan mufti verəcək.

Məhəmməd Mursiyə qarşı casusluq ittihamları da irəli sürülmüşdü.

Keçən ay ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan cənab Mursi 2012-ci ildə prezident sarayı qarşısında nümayiş keçirən etirazçıların qətli ilə əlaqədar 20 il həbs cəzasına məhkum edilmişdi. Cinayət məhkəməsi eyni zamanda, Müsəlman Qardaşları təşkilatının daha 12 lideri və tərəfdarını qətl deyil, qorxutma və zorakılıqlarda müqəssir tanımışdı.

Misir hərbi qüvvələri cənab Mursini 2013-cü ildə milyonlarla insanın onun hökumətini gücdən sui-istifadə etməkdə ittiham edərək küçələrə çıxmasından sonra devirmişdi. O vaxtdan bəri o zaman ordu başçısı, hazırda isə prezident olan Əbdül Fəttah Əl-Sissi hökuməti Müsəlman Qardaşları təşkilatının on minlərlə üzvü və tərəfdarını həbs edib.

XS
SM
MD
LG