Accessibility links

Misir məhkəməsi Məhəmməd Mursinin ölüm hökmünü qüvvədə saxlayıb


Misir məhkəməsi sabiq prezident Məhəmməd Mursiy çıxarılmış ölüm hökmünün qüvvədə saxlanması haqda qərar çıxarıb. O, 2011-ci ildə həbsxanada məhbusların kütləvi qaçışında əli olmaqda günahlandırılır.

Məhəmməd Mursi ilə bərabər "Müsəlman Qardaşları" təşkilatının təxminən 100 fəalı bu ayın əvvəli ölümə məhkum edilmişdi

Eyni məhkəmə cənab Mursini Fəsləstinin Həmas qrupu da daxil olmaqla, xarici qüvvələrlə əlbir olmaqda da günahlandıraraq ona ömürlük həbs cəzası verib.

2013-cü ildə Misirin hazırki prezidenti Əbdül Fəttah Əl-Sisi tərəfindən hakimiyyətdən devrildikdən sonra hökumət cənab Mursi və Müsəlman qardaşları qrupunun liderlərinə qarşı fərqli bir neçə ittiham irəli sürüb.

Məhkəmənin qərarı həmçinin qrupun lideri Məhəmməd Badi haqda çıxarılmış ölüm hökmü və başqa liderlərə isə verilmiş ömürlük həbs cəzasını da aid edilir.

Qərarla bağlı apellyasiyaya müraciət etmək mümkündür.

XS
SM
MD
LG