Accessibility links

Müsəlman Qardaşları təşkilatının başçısının məhkəmə günü təyin edilib



Misirin ordu tərəfindən dəstəklənən müvəqqəti hökuməti Müsəlman Qardaşları təşkilatının başçısı Məhəmməd Badie və onun müavinlərindən birinin zorakılıqlara təhrik ittihamı ilə məhkəməsinin avqustun 25-də keçiriləcəyini bildirib.

Badie və onun müavini Xayrat El-Şater Qahirədə həbsxanada saxlanır. Onlar iyun ayında Məhəmməd Mursinin iyulun 3-də hakimiyyətdən devrilməsindən bir neçə gün öncə Müsəlman Qardaşları təşkilatının qərargahının qarşısında etirazçıların ölümülə nəticələnmiş zorakılığa yol verməkdə ittiham edilir.

Müsəlman Qardaşları təşkilatı və hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları onun hakimiyyətə qaytarılması tələbilə Qahirədə iki dəfə gün boyu davam edən aksiya keçirib.

Polis vertolyotlarından nümayişçilərə üzərində onların Müsəlman Qardaşları tərəfindən aldanıldığı yazılmış vərəqələr atılıb. Müvəqqəti hökumət etirazçıların düşərgəsinin dağıdılacağı ilə bağlı xəbərdarlıq edib, lakin hələlik onlara vaxt verildiyini bildirib.
XS
SM
MD
LG