Accessibility links

Misir prezidenti Əbdel Fəttah Əl-Sissi bu gün yeni kabinetin andını qəbul edib.

Sabiq neft naziri Şərif İsmayıl baş nazir vəzifəsinə təyin edilib.

Maliyyə, daxili işlər və müdafiə nazirləri yeni kabinetdə öz yerlərini tutub.

Yeni hökumət oktyabrın 17-dən dekabrın 2-dək gecikdirilən parlament seçkilərini müşahidə edəcək.

Seçkilər 2015-ci ilin əvvəllərinə təyin edilsə də, insan hüquqları müdafiəçilərinin islamçı müxalifətə qarşı təzyiqlərə görə hökuməti ittiham etməsi səbəbi ilə yubadılırdı.

Ötən şənbə günü baş nazir İbrahim Məhlab və onun kabinet üzvləri korrupsiya ittihamlarından sonra istefa verməli olub.

Korrupsiya ittihamı ilə kənd təsərrüfatı naziri həbs edilib.

Nazir və digərləri 1 milyon dollar məblığində rüşvət almaqda ittiham edilir.

XS
SM
MD
LG