Accessibility links

Misirdə etirazçılar prezident sarayına daxil olmağa çalışır


Misir prezidenti Məhəmməd Mursinin minlərlə əleyhdarı Qahirədəki prezident sarayının mühafizə edən tikanlı-məftil barikadalarını keçib.

Etirazçılar tankların əhatəsində olan prezident sarayının əsas qapısına nəzarəti ələ götürüb-götürməməsi barədə hələlik dəqiq məlumat yoxdur. Bugün boyu Qahirə şəhəri cənab Mursi əleyhdarları ilə tərəfdarları arasında qarşıdurmalara şahidlik edib.

Əksəriyyəti Müsəlman Qardaşlarının üzvü olan minlərlə Mursi tərəfdarı Əl-Əzhar məscidinin önündə bu həftə baş verən qarşıdurma nəticəsində həlak olan iki nəfərin cənazə mərasimində iştirak etmək üçün toplaşıb.

Amerikanın Səsinin Qahirədəki əməkdaşı Elizabet Arrot Mursi əleyhdarı nümayişçilərin tezliklə etirazları sona çatdıracaqlarına dair heç bir işarə olmadığını bildirib.

Milli Qurtuluş Cəbhəsinin başçısı Məhəmməd Əl-Baradeyi prezidentin kompromisə getməkdən imtina etməsini fəlakət adlandırıb.

İsgəndəriyyə şəhərində də yeni nümayiş dalğası başlayıb. Minlərlə insan kütləvi şəkildə küçələrə çıxaraq cənab Mursini istefaya çağırıblar.
XS
SM
MD
LG