Accessibility links

Çərşənbə axşamı Misir prezidenti Məhəmməd Mursiyə qarşı çıxan çox sayda müxalif üzvü Qahirənin küçələrini üç ayrı nümayişlə zəbt edib.

Prezidentliyə keçmiş namizəd Amr Musa, Həmdin Sebahi və Məhəmməd Əlbaradeyi də daxil olmaqla etiraz aksiyalarının liderləri cənab Mursiyə“son xəbərdarlıq” ediblər. Onlar prezidentin keçən həftə komitə tərəfindən təsdiqlənən konstitusiya layihəsinə dəstəyini geri çəkməsini istəyir.

Komitə dünyəvi, solçu və xristian üzvlər tərəfindən boykot edilib. Nəzərdə tutulan konstitusiyanın dekabrın 15-də referenduma çıxarılacağı gözlənilir.

Üç etiraz aksiyasından birinə rəhbərlik edən Amr Musa layihənin həyata keçirilməsi “ictimai rəyin qızışması” nəticəsində baş verdiyini və ilk növbədə mətndəki fikir ayrılığının həll olunmasının vacibliyini deyib.

İnsanların ifadə azadlıqlarını məhdudlaşdırdığını səbəb gətirərək, təklif olunan konstitusiya və müddəalara etiraz olaraq Misirin 11 qəzeti nəşrlərini dayandırmaqla kütləvi aksiyalara dəstək nümayiş etdirib.
XS
SM
MD
LG