Accessibility links

Qahirədə partlayış baş verib


Onlarla insan yaralanıb

Misir rəsmiləri bildirib ki, cümə axşamı səhər saatlarında Qahirədə dövlət təhlükəsizlik binasının yanında maşın bombası partlayıb və nəticədə onlarla insan yaralanıb. İŞİD-ə bağlı bir qrup məsuliyyəti öz üzərinə alıb.

Yerli rəsmilər xəsarət alanların sırasına azı altı polis zabitinin daxil olduğunu deyirlər. Partlayış nəticəsində dövlət binasının fasadı dağılıb və ətrafdakı binaların pəncərələri sınıb.

Hadisəyə şahid olanların dediyinə görə, hücumçular partlayıcılarla dolu maşını dövlət təsisatının önündə saxladıqdan sonra digər bir maşınla hadisə yerindən qaçıblar. Sosial mediada paylaşılan məlumatlara görə, partlayış elə səsli olub ki, sakinlər yuxudan oyanıblar.

İŞİD-lə əlaqəsi olduğunu iddia edən qrup tvitter hesabında hücumun “İslam xilafətinin əsgərləri” tərəfindən həyata keçirildiyini bildirib.

2013-cü ildə İslamçı prezident Məhəmməd Morsinin ordu tərəfindən devrilməsindən sonra yaraqlılar azı 100 polis zabiti öldürüblər. İndi onlar dinc əhalini hədəf alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG