Accessibility links

Qahirədə hücumun Müsəlman Qardaşlarının törətdiyindən şübhələnilir


Misirin təhlükəsizlik rəsmiləri Müsəlman Qardaşlığı yaraqlılarını polisin Qahirədə keçirdiyi reyd zamanı altı nəfərin ölümünə səbəb olan bomba partlayışında şübhəli bilir.

Polis yaraqlıların gizləndiyi ehtimal edilən yerə daxil olarkən baş vermis partlayış zamanı ölənlər arasında üç polis və azı bir mülkü vətəndaş olub.

Müsəlman Qardaşlığı 2013-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan sabiq prezident Məhəmməd Mursinin partiyasıdır.

Çevriliş o zamanlar Misirin silahlı qüvvələrinin rəhbəri və hazırda ölkənin prezidenti olan Abdel Fattah Əl-Sissi tərəfindən həyata keçirilib.

XS
SM
MD
LG