Accessibility links

Misirdə iki gün nəzərdə tutulmuş prezident seçkisinin birinci günü başa çatıb


Misirlilər yeni prezidenti seçmək üçün bazar ertəsi və çərşənbə axşamı səs verir.

Keçən il ölkənin islamçı lideri Məhəmməd Mursini hakimiyyətdən devirən sabiq ordu başçısı Əbdül-Fəttah Əl-Sissinin seçkildə ən çox səs toplayacağı gözlənilir.

Cənab Sissinin rəqibi solcu siyasətçi, 2012-ci ildə president seçkilsində üçüncü yerdə olan Hamdin Sabahidir.

Üç il davam edən siyasi münaqişə kütləvi etirazlara, minlərlə insanın qarşıdurma zamanı həlak olması və ölkə iqtisadiyyatın zəifləməsinə səbəb olub.

Sissi prezidentliyə namizədliyini irəli sürə bilmək üçün mart ayında hərbi vəzifəsindən təqaüdə çıxmışdı.

Cənab Mursidən başqa Misirin digər prezidentləri hakimiyyətə hərbi çevriliş nəticəsində gəlmişdir. Buna baxmayaraq, Sissi bildirib ki, ordu Misirin idarə olunmasında heç bir rol oynamayacaq.
XS
SM
MD
LG