Accessibility links

Məhəmməd Mürsi demokratik səsvermədə seçilmiş ilk mülki prezidentdir

Misirin yenicə seçilmiş islamçı prezidenti Məhəmməd Mürsi vəd etdiyi milli birlik hökumətini təşkil etməyə başlayıb. Mürsi Misirdə demokratik seçkilərdə qalib gəlmiş ilk mülki prezidentdir.

Dünən cənab Mürsi əvvəllər Hüsnü Mübarəkin yaşadığı prezident sarayına köçüb.

Cənab Mürsi həmçinin Misirin hərbi idarəçisi Feldmarşal Hüseyn Təntavi ilə görüşüb. Həmin görüşdə cənab Təntavi ölkənin legitim prezidentinə dəstək verəcəyini bəyan edib.

Mübarəkin devrilməsindən sonra Misri idarə edən hərbi şura ayın sonunda hakimiyyəti mülki prezidentə təhvil verəcəyini vəd edib.
XS
SM
MD
LG