Accessibility links

Bu gün Misirdə prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Müsəlman Qardaşları partiyasından Məhəmməd Morsi Hüsnü Mübarəkdən sonra Misirin ilk prezidenti oldu.

Amerika cənab Morsinin təbriki ilə bəyanat açıqlayıb. Bəyanatda Morsi bütün partiyaları təmsil edəcək bir hökumətin təşkilinə çağırılır.
İranın Xarici İşlər Nazirliyi və Fələstin Muxtariyyəti Misirin yeni liderinə təbriklər ünvanlayıb.

Nəticələr ötən cümə axşamı günü bəyan edilməli idi, Lakin seçki komissiyası saxtakarlıqlarla bağlı iddiaların araşdırlması üçün əlavə vaxta ehtiyac olduğunu bildirmişdi.

Saxtalaşdırmalara hər iki namizəd- Müsəlman Qardaşları partiyasından Məhəmməd Morsi və sabiq baş nazir Əhməd Şəfiqinin seçilməsində yol verildiyi iddia edilir.

Qahirənin Təhrir meydanına hər iki namuizədin tərəfdarları toplaşıb. Təhlükəsizlik qüvvələri cünləndirilmiş rejimdədir.

İyul ayının 1-də hakim hərbi hökumət saləhiyyələtləri prezidentə təhvil verməlidir.
XS
SM
MD
LG