Accessibility links

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi Əl-Cəzirə tele-şirkətinin üç jurnalistinin fəaliyyəti qadağan olunmuş Müsəlman Qardaşları hərəkatını dəstəkləmək və yanlış məlumat yaymaq ittihamları ilə Qahirə məhkəməsi tərəfindən yeddi il həbs cəzasına məhkum edilməsindən bir gün sonra məhkəmənin qərarlarına müdaxilə etməyəcəyini deyib.

Televiziya ilə yayımlanan çıxışında cənab Sissi deyib ki, qərarlara hörmət edilməlidir və onlar tənqid olunmamalıdır.

Avstraliyallı Piter Qreste, kanadalı misirli Məhəmməd Fəhmi və misirli Baher Məhəmmədin yeddi il həbs cəzasına məhkum olması dünya liderləri və beynəlxalq mətbuat qrupları tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Misir hökuməti Qahirə məhkəməsinin qərarını müdafiə edib və xaricdən verilən reaksiyaları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək rədd edib.

Avstraliyanın Baş naziri Toni Ebbot Misirin ədliyyə sisteminin zö qərarlarını vermək hüququnu olduğunu deyib, lakin Avstraliyanın bu qərardan təəssüfləndiyini qeyd edib.

Jurnalist Piter Qrestin məhkum olmasına etiraz bildirmək üçün Avstraliya hökuməti Misirin ölkədəki səfirini xarici işlər nazirliyinə dəvət edib.

Piter Qrestin atası Cüris Qreste Brisbonda müxbirlərə ailənin jurnalistlər azad edilməyənə qədər mübarizəni davam etdirəcəyini deyib və jurnalistlərin məhkum olmasını jurnalistika üçün “qaranlıq dövr” adlandırıb.
XS
SM
MD
LG