Accessibility links

Misir prezidenti Məhəmməd Mursi BMT Baş Assambleyasında ilk dəfə çıxış edib


O, islam dünyası ilə dünya ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi” yönündə çalışacağını deyib

Misirin yeni seçilmiş prezidenti Məhəmməd MursiBMT-nin Baş Assambleyasının sessiyasında ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında çıxış edib.

Cənab Mursi Misirdə demokratik yolla seçilən ilk lider olduğunu vurğulayaraq, hakimiyyətə özünün adlandırdığı kimi “böyük sülhməramlı inqilab” nəticəsində gəldiyini deyib.

O, Suriyadakı vətəndaş müharibəsinə münasibət bildirərək, qan tökülməsinin və humanitar böhranın mütləq dayandırılmalı olduğunu deyib. Problemi həll etmək üçün Misirin vasitəçilik səylərində vacib rol oynamaq istədiyini və hərbi qarşıdurmannı əleyhinə olduğunu qeyd edib. O, Suriya xalqının “azad və ləyaqətli gələcək arzulamaq haqqına mailk” olduğunu deyib.

Fələstin məsələsinə münasibət bildirən Misir prezidenti deyib ki, "Fələstin xalqı ləyaqət və azadlıq bəhrələrindən təcrid olunmamalıdır.” O, BMT-nin Fələstin məsələsi ilə bağlı çıxardığı qətnamələrin tətbiq edilməməsini utandırıcı haladlandırıb.

Cənab Mursi BMT-ni “müstəmləkəçiliyə son qoymağa, yeni yaşayış məntəqələrinin salınmasına və işğal olunmuş Qüds şəhərinin statusunun dəyişdirilməsinə qarşı” mühüm və təxirəsalınmaz tədbirlər görmək üçün yolların araşdırılıb təmin edilməsinə çağırıb.

Cənab Mursi İslamçı və bir vaxtlar qadağan olunmuş Müsəlman Qardaşları partiyasının əsəs fiquru olmaqla yanaşı, Misirdə siyasi üstünlüyü ələ alıb. O həmçinin “islam dünyası ilə dünya ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi” yönündə çalışacağını deyib.
XS
SM
MD
LG